- Köhnə - Region
- 20 Noyabr 2013 22:41
- 7 297
Maxaçkalada terrorçular zərərsizləşdirildi
Özünü Abdul - Nur adlandıran Murad Qasımov quldur birləşməsinə bu ilin əvvəlində rəhbərlik etməyə başlayıb. Ondan götürülən karabin bir çox ölümlərə, o cümlədən polislərin və hakimin ölümünə səbəb olub. Digər çoxlu quldurluq və soyğunçuluq əməlləri də bu qruplaşmanın hesabına yazılıb.
Xatırladaq ki, dünən Maxaçkalada irimiqyaslı antiterror əməliyyatı aparılmışdı. Terroristlər Maxaçkaladakı troleybus idarəsində gizlənmişdilər. Onlardan biri, Dağıstan Ali məhkəməsinin hakimini öldürməkdə təqsirli bilinən, federal axtarışda olan 25 yaşlı Ruslan Kazanbiyev öldürülmüşdü. Sağ qalan silahlı quldurlar bir şəxsi evdə gizlənmişdilər.
Əli
AzNews.az