- Köhnə - Region
- 29 Noyabr 2013 20:55
- 2 070
Polislər 11 yaşlı uşağı 50 km. qovdular
AzNews az Başqırdıstanın saytına istinadən xəbər verir ki, Salavat şəhərində gecə növbəsində olan DYP əməkdaşları maraqlı hadisə ilə qarşılaşıblar. Gecə saat 2 radələrində onların yanından yüksək sürətlə "zmeykalayan" "09" ötüb. Polislər maşının dayandırılmasını işarə ilə bildirsələr də sürücü əhəmiyyət verməyib. Onlar maşını təqib etmək qərarına gəliblər.
Qalan hər şey kinolardakı kimi baş verib. "09" şəhərin çıxacağında dəmir yolunu keçməlidir. Şlaqbaum isə endirilib, qatar yaxınlaşır. Sürücü isə oz işində olub, şlaqbaumu sındıraraq yenə də yoluna 120 km.saat sürətlə hərəkət edib. Yalnız Sterlitamakın girişində sürücü maşını saxlayıb, ona görə ki, o maşını hasara vurub. Polislər salonda şərxoş bir adamla rastlaşacaqlarını düşünüblər, amma sükan arxasında 11 yaşında uşaq oturduğunu görüblər. Maşın zərbədən yararsız hala düşsə də uşağın heç burnu da qanamayıb.
Məlum olub ki, uşaq anasının maşınını ona demədən götürüb. Anaya zəng edib hadisəni danışdıqda o inanmayıb, polisləri inandırmağa çalışıb ki, oğlu qonşu otaqda yatır.
11 yaşlı "qonşik" həddi-bluğa catmayan günahkarlar üçün nəzərdə tutulan müvəqqəti saxlanma yerinə göndərilib. Bir ay əvvəl alınan maşına isə çox ciddi təmir lazim olacaq.
Əli
AzNews.az