- Köhnə - Region
- 30 Noyabr 2013 09:04
- 2 625
Yanukoviçə qarşı petisiya 100 min imza topladı- cəmi 4 gündə
AzNews.az xəbər verir ki, noyabrın 26-da yerləşdirilən petisiya qısa müddət ərzində 100 min imza topladığına görə Ağ Ev bu məsələyə münasibət bildirə bilər.
Petisiya müəllifləri Ukrayna prezidenti və nazirlərinə qarşı sanksiyalar tələb edirlər. Onların və ailə üzvlərinin ilk növbədə Amerika və Avropaya ölkələrinə səfərinə qadağa qoyulması, onlarla bağlı olan şirkətlərin hesablarının dondurulması tələblər arasındadır.
Qeyd edək ki, Ağ Ev bəzi hallarda bu petisiyalara formal cavab verir və ya sənəddə qaldırılan məsələnin onlara aidiyyatı olmadığını bildirir.
Elnarə
AzNews.az