Tehrandan İsrailə daha bir embarqo

Tehran israillilərin qatıldığı heç bir danışıqlarda iştirak etməyəcək.


Bu bəyanatla İRAN XİN rəhbəri Cavad Zərif çıxış edib.

AzNews.az IRNA agentliyinə istinadən xəbər verir ki, nazir İsrailin danışıqlarda iştirakı barədə şayiələri şərh edərkən bildirib ki, Tehran işğalçı nümayəndələr ilə görüşdə iştirak etməyi özü üçün məqbul hesab etmir: "Qərb ölkələrinin Yaxın Şərqdəki regionalları tərksilah etməsi lazımdır. Tehran region və dünya üçün əsas təhlükə "sionist rejimi"i hesab edir".

Elman
AzNews.az