- Köhnə - Region
- 25 Dekabr 2013 09:16
- 1 255
Zərrabın atası və anası həbsxanada - Fotolar

Türkiyədə keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatı nəticəsində saxlanılan azərbaycanlı iş adamı Rza Zərrabın sağlamlığı ilə bağlı problemləri var.
Anspress-in məlumatına görə, bunu "Hürriyət" qəzetinə açıqlamasında iş adamının vəkili Şeyda Yıldırım deyib. O, Zərrabın xəstəxanaya nəql edilməsini istəyə biləcəyini deyib.
"Vəziyyəti yaxşıdır. İki dəfə görüşmüşəm. Sağlamlığı ilə bağlı problemləri nəzarətə almağa çalışırıq. Nə olacağı bəlli deyil. Hələlik heç bir şey yoxdur".
Metris həbsxanasında saxlanılan R.Zərrabla görüşə vəkilindən sonra ailə üzvləri də gəliblər. Onların arasında atası, anası və bacısı olub.
AzNews.az

