- Köhnə - Region
- 5 Oktyabr 2012 12:58
- 3 983
Lukaşenko Gürcüstanı MDB-yə qaytarır
Lukaşenko qeyd edib ki, indi MDB-də istənilən məsələləri müzakirə etmək olar. "Gürcüstan MDB-yə qayıda və burada istənilən məsələni müzakirəyə çıxara bilər. Biz Gürcüstanla eyni ölkədə yaşamışıq və bunu tariximizdən silə bilmərik. Sizin təmsilçiniz MDB-də otursa bu heç də pis olmaz".
Lukaşenko həmçinin qeyd edib ki, gələn il MDB-yə Belarus rəhbərlik edəcək və o, şəxsən Gürcüstanın quruma qayıtması üçü əlindən gələni əsirgəməyəcək. "MDB-yə yenidən qatılmaq Gürcüstana nəinki Rusiya ilə, həm də digər post Sovet ölkələri ilə əlaqələri normalaşdırmağa kömək edə bilər".
Sadiq Musa
AzNews.az