İranda 16 nəfər dolların qurbanı oldu

İranda milli valyutanın dəyərinin dollara nisbətən kəskin ucuzlaşmasına etiraz edən aksiyaçılardan 16 nəfəri barəsində ittiham élan edilib. "Fars" agentliyinin məlumatına görə, həmin şəxslər valyuta mübadiləsi qanunlarını pozmaqda ittiham ediləcəklər.

Polisin bildirdiyinə görə, həbs edilənlər bununla yanaşı ölkədə qarışıqlıq yaratmağa cəhd göstərib, ictimai asayişi pozublar.

Qeyd edək ki, Tehranda keçirilən etiraz aksiyalarında nümayişçilər maşın təkərlərini yandırıb, hökumət əlehinə şüarlar səsləndiriblər.

Hökumət dairələri isə dolların kursunun aşağı salınması və milli valyutanın möhkəmləndirilməsi iqtiqamətində fəaliyyətin gücləndiriləcəyini bildirsə də, konkret tədbirləri açıqlamayıb. Nazirlər Kabineti məsələ ilə bağlı təcili iclas keçirib, ancaq qərarlar barədə ətraflı məlumat verilmir.

Alpər
AzNews.az