Rusiya vətəndaşları olmayan 2 şübhəli isə zaminə buraxılıb Rusiya vətəndaşları olmayan 2 şübhəli isə zaminə buraxılıb

Rusiya casusları həbsdə qaldı

Rusiya vətəndaşları olmayan 2 şübhəli isə zaminə buraxılıb

ABŞ-da Rusiya lehinə casusluqda şübhəli bilinən Aleksandr Fişenko və Viktor Klebanovun məhkəməsi keçirilib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, zaminə buraxılmalarını və Nyu-Yorka köçürülmələrini tələb etsələr də, məhkəmə onların iddiasını rədd edib və həbsdə saxlayıb.

Bununla belə Rusiya vətəndaşları olmayan Svetalina Zaqon və Ludmila Baqdikyan məhkəmə zalından birbaşa zaminə buraxılmışdı.

Qeyd edək ki, Rusiya lehinə casusluqla bağlı 8 nəfər saxlanılıb. Onlar ikili təyinatlı mikroelektron texnologiyaların ölkədən çıxarılmasında ittiham edilir.

Sadiq Musa
AzNews.az