“İnsanlar uzun müddət xəstə qalırlar". “İnsanlar uzun müddət xəstə qalırlar".

Deputat çıxışı zamanı ağladı

“İnsanlar uzun müddət xəstə qalırlar".

Rusiya Dövlət Dumasının deputatları palliativ tibbi yardım anlayışını dəqiqləşdirən və narkotik preparatlarla ağrının sadələşdirilməsi üçün pasiyentin hüququnu təmin edən qanun layihəsini birinci oxumada qəbul ediblər.

AzNews.az TASS-a istinadən xəbər verir ki, qəbul edilən sənəd sağalmaz xəstələrin həyat keyfiyyətlərinin yaxşılaşdırılmasına xidmət edəcək. Palliativ köməyə psixoloji dəstək göstərilməsi, evdə və gündüz çağı stasionar yardım edilməsi daxildir.

Yeni qanun layihəsinin müzakirəsinin gedişində deputat Moskva palliativ tibbi mərkəzin rəhbəri, “Vera” xeyriyyə fondunun qurucusu Anna Federmesser çıxış edib. O, emosional nitqi zamanı göz yaşlarını saxlaya bilməyib.

“İnsanlar uzun müddət xəstə qalırlar, ömürlərinin son günlərini xəstəxanada, ağ xalatda, neon işıqların altında yox, evdə keçirmək istəyirlər. Onlar damcı aparatları, tibbi qurğuların əhatəsində deyil, ağrını unutmaq və utanmamaq üçün onların əlini tuta biləcək yaxınları ilə vaxt keçirmək istəyirlər.” , - deyə Anna Federmesser bildirib.

Fəridə Abdulla

AzNews.az