- Rusiya və İran
- 9 Aprel 2019 11:24
- 2 387
Putin Trampın bu addımını pislədi
"Moskvanın mövqeyi Rusiya XİN-in rəsmi bəyanatında göstərilib"
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın İsrailin Qolan təpələri üzərində suverenliyini tanımaqla bağlı qərarına reaksiya verib.
TASS-ın məlumatına görə, o, bu barədə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla keçirilən görüşün yekunlarına dair mətbuat konfransında çıxışında söz açıb.
Putin bildirib ki, Moskvanın mövqeyi artıq Rusiya XİN-in bununla bağlı rəsmi bəyanatında göstərilib. Onun sözlərinə görə, Vaşinqtonun hərəkətləri BMT Təhlükəsizlik Şurasının mövcud qətnamələri ilə ziddiyyət təşkil edir.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp martın 25-də Qolan təpələrinin İsrailin bir hissəsi kimi tanınması ilə bağlı bəyannamə imzalayıb.(oxu.az)
AzNews.az