Ruslan Bayramov Azərbaycanın Gədəbəy rayonunda dünyaya göz açıb Ruslan Bayramov Azərbaycanın Gədəbəy rayonunda dünyaya göz açıb

Putin azərbaycanlını mükafatlandırdı

Ruslan Bayramov Azərbaycanın Gədəbəy rayonunda dünyaya göz açıb

Kaluqa vilayətinin “ETNOMİR” layihəsinin rəhbəri, “Mədəniyyətlərin dialoqu – vahid dünya” beynəlxalq xeyriyyə fondunun prezidenti Ruslan Bayramov Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə “Vətən qarşısında xidmətlərinə görə” II dərəcəli ordenlə təltif edilib.

“Vestnik Kafkaza” nəşrinin yazdığına görə, fərmanın mətni hüquqi informasiya rəsmi internet portalında dərc olunub.

Bayramov bu yüksək mükafata Rusiya mədəniyyəti və tarixi irsinin qorunub saxlanılması və populyarlaşdırılması istiqamətində apardığı aktiv fəaiyyətə görə layiq görülüb.

Qeyd edək ki, Ruslan Bayramov Azərbaycanın Gədəbəy rayonunun Novoivanovka kəndində dünyaya göz açıb.

1992-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.

1999-cu ildə veteranlara, əlillərə, əlil uşaqları olan çoxuşaqlı ailələrə yardım üzrə ixtisaslaşmış “Sofiya” xeyriyyə fondunu yaradıb.(oxu.az)

AzNews.az