OPEC-in istehsalla bağlı məhdudiyyətdən imtina etməsi ehtimal olunmur. OPEC-in istehsalla bağlı məhdudiyyətdən imtina etməsi ehtimal olunmur.

“OPEC-in istehsal məhdudiyyətindən imtina etməsi...” - Putin

OPEC-in istehsalla bağlı məhdudiyyətdən imtina etməsi ehtimal olunmur.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib. O, OPEC-ə üzv ölkələrin istehsalı azaltmaqla bağlı sazişi tərk etməyi qiymətləndirdikləri barədə heç bir məlumatı olmadığını və belə bir qərarın alınmasının ehtimal edilmədiyini bildirib.

V.Putin OPEC-ə üzv ölkələr və Rusiya da daxil olmaqla digər neft istehsalçısı qeyri-OPEC ölkələrinin hasilatı azaltmağa dair imzaladıqları sazişin iyunun sonuna qədər qüvvədə olduğunu deyib: “Qlobal neft bazarının ABŞ-ın İrana qarşı sanksiyalarına necə cavab verəcəyini deyə bilmərəm. Ümid edirəm ki, Səudiyyə Ərəbistanı İranın ixracı ilə bağlı mümkün azalmanı kompensasiya etmək üçün öz istehsalını artırmayacaq. OPEC-ə üzv üzvlərin mövcud razılaşmadan imtina edəcəkləri ehtimal olunmur”.

Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp OPEC-ə neftin qiymətini aşağı salmaları üçün müraciət etdiyini deyib. “Neftin qiyməti aşağı düşəcək. OPEC-ə müraciət etdim və neftin qiymətini aşağı salmalarının vacibliyini söylədim”, - deyə D.Tramp bildirib.

ABŞ Prezidentinin bu açıqlamasından sonra isə neftin qiyməti ucuzlaşmağa başlayıb.(AZƏRTAC)

AzNews.az