Bu barədə Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov tvitterdə məlumat verib Bu barədə Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov tvitterdə məlumat verib

SSRİ-nin sonuncu Mədəniyyət naziri dünyasını dəyişdi

Bu barədə Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov tvitterdə məlumat verib

RSFSR Xalq artisti, Moskva Şəhər Dumasının deputatı, SSRİ-nin sonuncu Mədəniyyət naziri Nikolay Qubenko 78 yaşında dünyasını dəyişib.

AzNews.az bildirir ki, bu barədə Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov tvitterdə məlumat verib.

Şapoşnikov qeyd edib ki, mərhumla vida mərasiminin vaxtı və yeri haqqında daha sonra məlumat verəcək.

Nikolay Qubenko 79 yaşına bir gün qalmış vəfat edib. O, 1941-ci ildə Odessada anadan olub. Həm aktyor, həm də rejissor kimi fəaliyyət göstərən N.Qubenko “Taqanka aktyorlarının Birliyi”nin təsisçisi və bədii rəhbəri olub (1992-2020). 1987-ci ildən SSKP-nin üzvü olub, 1989-1991-ci illərdə SSRİ Mədəniyyət naziri postunu tutub. İki dəfə RFKP-dən Dövlət Dumasının, 2005-ci ildən Moskva Şəhər Dumasının deputatı olub, 2009-cu ildən vitse-spiker vəzifəsini icra edib.