S. Ryabkov ABŞ səfirinin diqqətinə Rusiyanın daxili işlərinə qarışmağın yolverilməzliyini çatdırıb S. Ryabkov ABŞ səfirinin diqqətinə Rusiyanın daxili işlərinə qarışmağın yolverilməzliyini çatdırıb

ABŞ səfiri Rusiya XİN-ə çağırılıb - YENİLƏNİB

S. Ryabkov ABŞ səfirinin diqqətinə Rusiyanın daxili işlərinə qarışmağın yolverilməzliyini çatdırıb

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyində xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşüb.

Aznews.az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyindən bildirilib.

Görüşdə ABŞ prezidenti Co Baydenin Rusiya ilə sabit əlaqələr qurmaq niyyətinə uyğun olaraq ikitərəfli problemlər müzakirə edilib.

Rusiya XİN-dən isə bildirilib ki, S. Ryabkov ABŞ səfirinin diqqətinə Rusiyanın daxili işlərinə qarışmağın yolverilməzliyini çatdırıb.

O, ABŞ səfirinə seçkilərdən əvvəl Amerika rəqəmsal nəhəngləri tərəfindən Rusiya Federasiyasının qanunlarını pozduğuna dair sübutların olduğunu bildirib.

***

19:06

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan bu gün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Aznews.az xəbər verir ki, səfirin XİN-ə dəvət olunmasının səbəbləri açıqlanmır.

Artıq diplomat XİN-in binasını tərk edib.

C. Sallivan özü də nazirlikdən ayrılarkən mətbuata heç bir açıqlama verməyib.