2 uşağını atıb qaçan gəlin: “Sərbəst olmaq istəyirəm...” - Video

“Bir də o ailəyə qayıtmayacağam”.

AzNews.az xəbər verir ki, bunu ATV-nin “Bizimləsən” verilişində iki uşağını qoyub ər evindən qaçan gəlin deyib. O, həyatında başqa birisi olduğunu qeyd edib:

“Hazırda yaşadığım insan var, adını deyə bilmərəm. Uşaqlarım üçün darıxıram. Ölərəm, amma bir də o evə qayıtmaram. Yaxşı yaşamaq və sərbəst olmaq istəyirəm”.

Bahar RÜSTƏMLİ
AzNews.az