Nazpərinin 100 minlik iddiası rədd edildi

Azərbaycanın xalq artisti Nazpəri Dostəliyevanın həmkarı İlhamə Quliyevaya qarşı qaldırdığı məhkəmə iddiası rədd edilib. Bu barədə AzNews.az-a İlhamə Quliyevanın vəkili Habil Vəliyev məlumat verib.

O, deyib ki, Yasamal Rayon Məhkəməsində hakim İlahə Abbasovanın sədrliyi ilə keçirilən prosesdə N. Dostəliyevanın iddiası əsassız sayılıb. Məhkəmə belə qənaətə gəlib ki, iddiada göstərildiyi kimi heç bir təhqir predmeti yoxdur. Vəkil qeyd edib ki, məhkəmə əlavə olaraq, N. Dostəliyevanın müdafiəçisinin vəsatəti əsasında ekspertizaya gedən sənədlərin xərci üçün 250 manat pulun tutulması haqda da qətnamə qəbul edib.

Xatırladaq ki, İ.Quliyeva ATV-nin efirində N.Dostəliyevaya xitabən "mən yemirəm, yedizdirirəm" demişdi. Bu ifadənin qarşılığında N.Dostəliyeva xalq artisti İlhamə Quliyevadan 100 min manat təzminat tələb edir.

Bahar Rüstəmli
AzNews.az