Yanvarın 19-da Binəqədi Rayon Məhkəməsində Akademik Milli Dram Teatrın aktrisası, Əməkdar artist Mehriban Xanlarovanın müğənni Kərim Abbasova qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi davam etdirilib. Yanvarın 19-da Binəqədi Rayon Məhkəməsində Akademik Milli Dram Teatrın aktrisası, Əməkdar artist Mehriban Xanlarovanın müğənni Kərim Abbasova qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi davam etdirilib.

Kərim Mehribandan üzr istədi, sonra qisas aldı - Məhkəmənin detalları + Fotolar

Yanvarın 19-da Binəqədi Rayon Məhkəməsində Akademik Milli Dram Teatrın aktrisası, Əməkdar artist Mehriban Xanlarovanın müğənni Kərim Abbasova qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi davam etdirilib.


Bu barədə AzNews.az-a aktrisanın vəkili Əkbər Yusifioğlu məlumat verib. Onun sözlərinə görə, tərəflər arasında məhkəmənin gecikməsinə səbəb K.Abbasovun onun ünvanına söylədiyi təhqiredici sözlərin linqvistik ekspertizaya göndərilməsi olub: "Linqvistik ekspertizanın nəticələri məhkəməyə göndərilib. Cavablar Mehriban xanımın xeyrinə verilib. Yəni Kərimin Mehriban Xanlarovanın ünvanına işlətdiyi sözlər onun şərəf və ləyaqətini alçaldan ifadələr kimi xarakterizə olunub".

Ə.Yusifoğlu qeyd edib ki, K.Abbasov məhkəmə prosesində M.Xanlarovanın ünvanına işlətdiyi fikirləri boynundan atıb və onların sosial şəbəkədə köməkçisi tərəfindən yazıldığını bildirib: "Kərim dedi ki, "o fikirləri mənim instaqram səhifəmdəm köməkçim göndərib". Dolayısı yolla Kərim təsdiq edir ki, olanlardan xəbərdardır. Onun adamları edib".

Vəkil onu da əlavə edib ki, K.Abbasov M.Xanlarovdan məhkəmə prosesi zamanı dəfələrlə üzr istəyib: "Amma Mehriban xanım onun üzr istəməyini qəbul etmədi. O, da bundan aqressivləşdi və yenidən təhqiredici ifadələr işlətdi".

Üzrü qəbul olunmayan müğənninin məhkəmədə aktrisanı təhqir etməklə ürəyi soyumayıb. O, prosesdən dərhal sonra M.Xanlarovanın sosial şəbəkədə ilginc fotosunu paylaşıb və altından aşağılayıcı ifadələr yazıb: "Hacı xanım və əməkdar artist Mehriban xanımı doğrudan çox istəyirəm. Əsl nümunəvi Azərbaycan xanımıdır. Mən sizdən dönə-dönə üzr istəyirəm, Mehriban xanım. Pis insan mənəm, siz çox gözəl insansız. Belə də qalın. Mən istəyərdim ki, televiziyada olan dostlarım Mehriban xanımı tez-tez efirə çağırsınlar. Əsl tərbiyədən və ailə mövzusundan çox gözəl anlayışı olan sənətkardır və hamıya məsləhətlərini verə bilər. Sizə yalnız alqış düşür, Mehriban xanım".

M.Xanlarova isə AzNews.az-a açıqlamasında bununla bağlı danışmaq istəmədiyini və ona qarşı işlədilən hər bir təhqiredici ifadəni qanunla həll edəcəyini deyib: "Məndən üzr istəyən biri belə bir şəkili sosial şəbəkədə paylaşmaz. Qanun var, öz sözünü deyəcək".

Xatırladaq ki, M.Xanlarova müğənni Kərimi məhkəməyə verib. Tərəflər arasında münasibətlər "Maşın" şoudan sonra pozulub. Kərim şoudan uzaqlaşandan sonra instaqramda M.Xanlarova haqqında ağır ittihamlar səsləndirib: "Əslində mən bir dağlı olaraq xəcalət çəkirəm sizdən, Mehriban xanım… Sizin kimi həyasız insanın ucbatından bütün dağlı xanımlarının adı ləkələnir. Dağlı xanımı qeyrətli və namuslu olur. Amma sizi görəndən sonra çox insanların beynində dağlılar başqa cür formalaşır. Azərbaycan incəsənətində dağlıların əvəzolunmaz yeri var. Bəsdir biz dağlıların adına xələl gətirdiniz. Ən azından daşıdığınız Xanlarova soyadından utanın".




Bahar RÜSTƏMLİ
AzNews.az