Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurultayı yay aylarına kimi keçirilməyəcək. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurultayı yay aylarına kimi keçirilməyəcək.

AMİP-in qurultayı nə vaxt keçiriləcək?

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurultayı yay aylarına kimi keçirilməyəcək.



Bu barədə AzNews.az-a sözügedən partiyanın sədr səlahiyyətlərini icra edən Arzuxan Əlizadə məlumat verib. Onun sözlərinə görə, qurultayın keçirilməsi üçün Mərkəzi Şura qərar verməlidir: "Qurultay sıradan bir tədbir deyil. O səbəbdən Mərkəzi Şura ölkədə hazırkı mövcud durumda qurultayı bir qədər gecikdirməyi məqbul hesab edib".

Qeyd edək ki, AMİP sədri Yusif Bağırzadə oktyabrın 27-də istefa verib. Partiya sədrinin səlahiyyətlərini baş katib Arzuxan Əlizadə həyata keçirir.

Bahar RÜSTƏMLİ
AzNews.az