İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb. İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb.

Prezident Sərəncam imzaladı

İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb.


AzNews.az xəbər verir ki, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddə 307; 2010, № 2, maddə 80) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Sərəncamla təsdiq edilmiş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:






2. Həmin Sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyası haqqında Əsasnamə" üzrə:

2.1. I-III hissələrin adlarının qarşısındakı rum rəqəmləri ərəb rəqəmləri ilə əvəz edilsin;

2.2. 1-ci hissə üzrə:

2.2.1. 2-ci bənddən "Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnaməni," sözləri çıxarılsın və "işə dair" sözləri "iş barədə" sözləri ilə əvəz edilsin;

2.2.2. 4-cü bənddə "Ümumi şöbənin" sözləri "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin" sözləri ilə əvəz edilsin;

2.3. 3-cü hissə üzrə:

2.3.1. 1-ci bənddə "II bölməsində" sözləri "2-ci hissəsində" sözləri ilə əvəz edilsin;

2.3.2. 3-cü bəndin ikinci cümləsindən "bir qayda olaraq" sözləri çıxarılsın.