Rusiya müdafiə naziri İrəvanda

Rusiyanın müdafiə naziri Sergey Şoyqu yanvarın 28-30-da Ermənistan və Qazaxıstana səfərə çıxıb.

Lent.az-ın "RİA-Novosti"-yə istinadən məlumatına görə, nazirin mətbuat katibi Darya Zatulina səfər proqramı barəsində bunları bildirib: "Yanvarın 28-29-da nazir Ermənistanda səfər olacaq. O, erməni lirderi Serj Sarqsyan, eləcə də müdafiə naziri Seyran Ohanyanla görüşəcək".

Onun sözlərinə əsasən, tərəflər ikitərəfli hərbi-texniki əməkdaşlığın perspektviini və mövcud şəraiti müzakirə edəcək.

Bundan başqa Şoyqu Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına baş çəkəcək.

Yanvarın 29-30-da isə rusiyalı nazir Qazaxıstana gedəcək.


Mənbənin bildirdiyinə görə, Sergey Şoyuq artıq İrəvandadır. Onu Ermənistan lideri S.Sarqsyan qəbul edib.

Ermənistan ordusunun yaranmasının 21-ci ildönümü münasibəti ilə keçirilən toplantıda Şoyuq Sarqsyana üzünü tutaraq, deyib: "Ermənilər arasında çoxlu dostlarım var. Sizdə seçki keçiriləcək. Mən siz uğurlar arzulayıram".

Ermənistan prezidenti öz növbəsində Şoyqunun səfərindən məmnun olduğunu, onun silahlı qüvvələr günü səfər etdiyinin önəmini vurğulayıb.