Yanvar ayında Azərbaycanın dövlət sərhədlərini pozduqları üçün 31 halda 40 nəfər saxlanılıb. Yanvar ayında Azərbaycanın dövlət sərhədlərini pozduqları üçün 31 halda 40 nəfər saxlanılıb.

40 nəfər saxlanılıb

Yanvar ayında Azərbaycanın dövlət sərhədlərini pozduqları üçün 31 halda 40 nəfər saxlanılıb.




Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, onlardan 22 nəfəri Azərbaycan vətəndaşıdır.

Dövlət sərhədlərini pozduğu üçün ötən ay sərhədçilər tərəfindən saxlanılan əcnəbilərdən 4 nəfəri Özbəkistan, 3 nəfəri Tacikistan, 2 nəfəri iran, 2 nəfəri Malayziya, 2 nəfəri Pakistan, 2 nəfəri Əfqanıstan, 3 nəfəri isə digər ölkə vətəndaşları olub.
Yanvar ayında sərhəd rejim qaydalarını pozduğu üçün 42 halda 57 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Axtarışda olan 177 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.
Ay ərzində sərhədçilər tərəfindən qanunsuz dövriyyədən 37 kiloqram 232 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Bununla bağlı 5 mütəşəkkil cinayətkar qrup ifşa edilərək zərərsizləşdirilib.

Sərhədçilər 41 halda ümumi dəyəri 1 milyon 54 min manat olan qaçaqmal saxlayıblar.

Qaçaqmal arasında odlu silah, siqaret, kondensator, spirtli içki, at, iribuynuzlu mal-qara, pul, balıq qarmağı, tor, mobil telefon, dərman preparatları, sənaye və kənd təsərrüfatı malları olub.