Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirini qəbul edib. Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirini qəbul edib.

Elmar Məmmədyarov Türkmənistan səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirini qəbul edib.

AzNews.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə səfir Mekan İşanquliyev etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

M. İşanquliyev ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu deyərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

E. Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar uğurlar arzulayıb.

AzNews.az