Savadlı şəxslərin qeyd etdiyi kimi, informasiya məkanında şayiələr kütləvi informasiya vasitələri meydana gəldiyi andan yayılmağa başlayıb. Savadlı şəxslərin qeyd etdiyi kimi, informasiya məkanında şayiələr kütləvi informasiya vasitələri meydana gəldiyi andan yayılmağa başlayıb.

“Rusiyanın pulu ilə Rusiyaya deyilən erməni yalanları”

Savadlı şəxslərin qeyd etdiyi kimi, informasiya məkanında şayiələr kütləvi informasiya vasitələri meydana gəldiyi andan yayılmağa başlayıb.

Bu gün saxta məlumatlar - tələbat duyulan və hətta dəbli mövzudur. Rəsmi şəxslər onların təhlükəli olduğunu bildirirlər, ekspertlər onlara necə qarşıdurmaq barədə fikir yürüdürlər.

Bununla bərabər, ictimaiyyət qarşısında, kameralar altında postsovet məkanında dövlətlərdən birinin prezidenti və Rusiyanın iri media holdinqinin rəhbəri razılığa gəlirlər…saxta məlumatlardan ibarət bir növ "birgə fabrik” yaradaraq Rusiyanın informasiya məkanını beləcə doldurmaq.

Məsələ bundadır ki, Ermənistan prezidenti Serj Sarkisyan öz iqamətgahında "Qazprom - Media Holdinq”in nəzdindəki QPM KİT (Kino və Televiziya. İstehsal, icarə distrubisiya) şirkətlər qrupunun baş direkoru Rafael Minasbekyanı qəbul edib. Ermənistan İctimai Teleradio Şirkəti Şurasının rəhbəri Ruben Caqirtanda bu görüşə dəvət olunub.

Həmin yüksək səviyyəli görüş zamanı cənab Minasbekyan "Qazprom - Media Holdinq”in Ermənistan İctimai Teleradio Şirkəti Şurası ilə əməkdaşllığa dair, həmçinin birgə kino istehsalı sahəsində planlarını təqdim edib. Və inandırıb ki, guya bu əməkdaşlıq Ermənistan və Rusiyanın çoxəsrlik dostluğunun möhkəmlənməsi, iki xalqın birgə nailiyyələtləri, həmçinin ümumi dəyərlərin təqdim olunmasına yönəldilib. Serj Azatoviç Sarkisyan bu təşəbbüsü hər vəchlə alqışlayıb və qeyd olunan planların reallaşdırılmasına maksimum hazırlıq ifadə edib.
Bəs kadr arxasında nə qalıb? "Qazprom - Media Holdinq”in pullarına hansı "kino məhsulu”nu - sizin buna şübhəıniz var? - Rusiya auditoriyasına təqdim etmək niyyətindədirlər? Və ən əsası, niyə Serj Sarkisyan "ən vacib incəsənət növlərindən” olan kinonun qayğısına qalmağa başladı?

Xatırlayaq: bu yaxınlarda Ermənistan Avropa İttifaqı ilə geniş tərəfdaşlığa dair saziş imzaladı. Bu hadisəni şərh edən rusiyalı jurnalistlərdən biri risk edərək efirdən hazırki İrəvan kahinlərinin özləri barədə Rusiya televiziya ekranlarından duymaq istəmədiklərini səsləndirdi. Moskvada bildiriblər ki, İrəvanın mərkəzi meydanlarından birində Hitlertin köməkçisi, vermaxtın erməni legionunun komandirinin müavini Qaregin Njdenin abidəsi ucaldılıb. Qeyd olunub ki, Ermənistanın hakimRespublika Partiyasınınemblemində təsvir olunan qartal nasist emblemini xatırladır. Bu münasib olmayan həqiqət İrəvanın hakim dairələrini çox bərk hiddətləndirib və qorxudub. Həmin dairələr indi özlərini sığortalayaraq Rusiya auditoriyasını saxta məlumatlarla yükləmək qərarına gəliblər ki, Tanrı göstərməsin, orada əslində Rusiya və özünü bu dövlətin "tarixi müttəfiqi” kimi qələmə verən və ondan çox sayda imtiyazlar əldə edən Ermənistanda ruslara olan gerçək münasibət barədə həqiqət ortaya çıxmasın.

Burada ən səciyyəvi məsələ - rusdilli əhalinin vəziyyəti, o cümlədən rus dilində təhsil almaq hüququ və imkanıdır. Özünü "Rusiyanın dayağı” kimi qələmə verən Ermənistanda rus məktəbləri yoxdur. "Ümumiyyətlə” yoxdur.

Fioletovo kəndindəki məktəb istisna təşkil edir. Çünki bu məktəb Rusiya Federasiyasının Ermənistandakı səfirliyi tərəfindən dərsliklərlə təmin olunur və Rusiya proqramı üzrə işləyir. Düzdür, burada rus sinifləri var, amma … birincisi, bu siniflərdə yalnız valideynlərindən biri etnik erməni olmayan uşaqlar oxuya bilər. Rus dilində təhsil almaq arzusu nəzərə alınmır. Bundan başqa, hətta tədrisin rus dilində aparıldığı siniflərdə oxumağa nail olanları da qısa müddətdən sonra erməni siniflərinə keçirirlər. Amma Minasbekyan başda olmaqla "Qazprom-media holdinq" "qan testi”nin cavabı qane etməsə, uşağın az qala saçlarından tutaraq sürüyə-sürüyə rus sinfindən erməni sinfinə aparıldığını əks etdirən serial çətin ki, çəksin.

Amma Ermənistanda "qanın təmizliyi" haqqında danışmağı sevirlər. Məsələn, "Səhranın ağ günəşi" filmində Vereşagin obrazını canlandırmış aktyor Pavel Luspekayev haqqında oçerk dərc edirlər. Oçerkdə bu parlaq və istedadlı aktyorun atasının erməni, anasının kazak olduğu, içkini sevdiyi deyilir. Və bütün bunlar irqçi başlığı altında verilir: "Luspekayevi kazak qanı "öldürdü". Daha bir kiçik detal da var: bütün bunlar ""tseqakronçuların hər hansı xəbər məcmuəsində deyil, məhz Rusiyanın "Sputnik” agentliyinin yerli "törəməsi”ndə dərc edilir.
"Tseqakronçu"lara gəldikdə isə, erməni siyasi "mainstream"nin nümayəndələri özlərini belə adlandırmağı sevirlər. "Tseqakron" – Qaregin Njde tərəfindən Avropadakı gənc ermənilər arasında yaradılmış təşkilatın adıdır. Bu söz erməni dilində irq" kimi tərcümə olunur. Adətən Ermənistanda bu sözü tərcümə etmirlər. Amma "Tseqakron" təşkilatının adını və ya onun ideologiyasını rus dilində tərcümə etmək lazım gələndə, bütün tərcümələr dərhal yaddan çıxır və hətta məktəbliyə məlum olan irqçilər birdən-birə çətin tələffüz edilən "tseqakronist"lərə çevrilirlər.

Və bütün bunlar haqqında kino çəkəcəklər? İnanmaq olmur. Rusiya tamaşaçısına ən yaxşı halda absurd yalanlar təqdim edəcəklər. Bəs ən pis və əfsus ki, ən real halda necə?

Gəlin, elə yaxın dövrə aid olan "birgə film istehsalı" təcrübəsini xatırlayaq – söhbət erməni və rus kinematoqrafçılar tərəfindən Rusiya "ulduz"larının iştirakı ilə Qaregin Njde haqqında çəkilmiş bioqrafik filmdən gedir. Əlbəttə, filmdə Qaregin Njdenin "qəzəbli fürerə" öz ehtiramını bildirmək üçün Berlinə gəlməsi və ya onun komandanlığı altında "legionerlər"in Krımda yəhudiləri güllələməsi və Kubanda dinc əhalini qarət etməsindən qətiyyən bəhs edilmir. Ermənistanda əmindirlər ki, Rusiya tamaşaçısının "yetkinlik” səviyyəsi bu cür təfərrüatları başa düşmək üçün hələ kifayət deyil. Amma Njdenin necə "qəhrəmanlıqla” azərbaycanlıların etnik təmizləməsini həyata keçirdiyini isə göstərmək olar. "Sputnik” "Njde” haqqında mədhedici oçerk dərc etməyə həmişə hazırdır.

Ermənistandakı real vəziyyətlə bağlı həqiqətlərin Rusiya tamaşaçısının qulağına çatmaması üçün indi "yalanlarla dolu hansı filmi” təqdim edəcəklərini təsəvvür etmək olar.
Bəs biz belə kino istəyirikmi?

Fuad Axundov, politoloq