Ermənistanın indiki hakimiyyəti dərin narahatlıq içərisindədir. Bu narahatçılığa səbəb isə hakim partiyanın hazırki prezident Serj Sarkisyanı baş nazir postuna yerləşdirmək cəhdidir. Ermənistanın indiki hakimiyyəti dərin narahatlıq içərisindədir. Bu narahatçılığa səbəb isə hakim partiyanın hazırki prezident Serj Sarkisyanı baş nazir postuna yerləşdirmək cəhdidir.

Kral öldü, yaşasın yeni Kral! - Rusiyanın yeni seçimi

Ermənistanın indiki hakimiyyəti dərin narahatlıq içərisindədir. Bu narahatçılığa səbəb isə hakim partiyanın hazırki prezident Serj Sarkisyanı baş nazir postuna yerləşdirmək cəhdidir.

Yeni konstitutsiyaya görə, bu ilin yazında prezidentin səlahiyyət müddəti bitdikdən sonra ölkə rəhbərliyinin ilk siması baş nazir olacaq. Onu isə xalq yox, parlament seçəcək. Orada oturanların əksəriyyəti də Sarkisyanın adamlarıdır. O, bu barədə əvvəlcədən düşünüb. “Çıxış” müxalifət blokunun parlament fraksiyasının katibi deputat Gevork Qorqisyan üçüncü dəfə hazırki prezident Sarkisyanın yeni vəzifəyə namizədliyini irəli sürməsini yolverilməz hesab edir. Onun fikrincə, bu konstitutsiyanın açıq-aşkar pozulması deməkdir.

"Onda belə çıxır ki, konstitutsiya ancaq konkret şəxsin rəhbərliyini davam etdirməsi üçün dəyişdirilir. Erməni vətəndaşlar 10 min dram dəyərində seçkiqabağı rüşvət götürüb, Sarkisyanın partiyasına səs verməyə üstünlük verirlər. Məhz bunun üçün ölkədə qorxulu iqtisadi vəziyyət yaranıb. 2018-ci ildə vəziyyət daha da faciəvi ola bilər. Hamını artıq ələ alıblar. Aydındır ki, bu gün küçə mübarizəsi üçün ictimai sifariş yoxdur”, - Qorqisyan belə deyib.

"Ermənistanda siyasi hakimiyyət məsələsini xalq deyil, Kreml müəyyən edir. Bu baxımdan Ermənistanda seçkilərin keçirilməsi formal xarakter daşıyır. Ermənistanda hakimiyyətin taleyi artıq Moskva tərəfindən həll edilib. Özü də Moskva Sarkisyanla vidalaşmaq niyyətindədir", - politoloq Qabil Hüseynli AzNews.az-a açıqlamasında bunu deyib.

Onun qənaətincə, Kreml Karapetyanı baş nazir kimi bura göndərməklə işarə verir ki, seçimi onun üzərində edib.

"O səbəbdəndir ki, Sarkisyanla Karapetyan arasında ciddi rəqabət mübarizəsi gedir. Sarkisyan Dağlıq Qarabağa gəlir, orada olan hərbçilərlə görüşür, müşavirə keçirir, heç bir həftə çəkmir ki, Karapetyan gəlir, orada görüşlər keçirir. Bütün bunlar onu göstərir ki, hakimiyyətəd ciddi ikitirəlik var, və onlar ciddi surətdə bir-birilə rəqabət aparır. Bu rəqabətdə də həm ictimai rəydə, həm də hakimiyyət güclərinin paylanmasında Sarkisyan Karapetyana uduzur. Xüsusilə ona görə hamı gözəl anlayır ki, Sarkisyanın arxasında Moskva dayanmır", - politoloq deyir.

Qabil Hüseynlinin fikrincə, Sarkisyana olan etimadın itməsinə onun Avropa İttifaqı ilə bağladığı sazişin təsiri olsa da, amma həlledici təsir deyil.

"Ermənistanda Sarkisyanın hakimiyyətə gəlişi qanla baş tutub. 10 il bundan əvvəl, martın 1-də qanlı iğtişaşları ermənilər Moskvadan gəlmiş “alfa” qruplarının hesabına yatırdıb. Ümumxalq etirazlarını Rusiya boğdu. Bu da onu göstərir ki, Sarkisyan son çırpınmalarını edir. Avropa İttifaqı ilə bağladığı saziş də onun tarixə düşməsi üçün atılan addımdır. Rusiyaya olan incikliyinin bir göstəricisi idi. Rusiya isə belə addımları nə bağışlayır, nə də unudur", - politoloq əlavə edib.

Qabil Hüseynli son olaraq hesab edir ki, Sarkisyanın mövqeyi indi çox kövrəkdir və o, hakimiyyətdən getmək məcburiyyətində qalacaq. Amma bu, o demək deyil ki, Karapetyan, Qarabağla bağlı Ermənistanın tutduğu xətti dəyişəcək. Ola bilər ki, bu, hətta Sarkisyandan daha sərt olacaq.

Tural Səftərov

AzNews.az