Əl-Şaraa Moskvaya səfər edəcək

Suriya Ərəb Respublikasının (SAR) müvəqqəti prezidenti Əhməd əl-Şaraa oktyabrın 15-də Moskvaya səfər edəcək.

Bu barədə “Əl Vətən” qəzeti məlumat yayıb.

“Prezident Əhməd əl-Şaraa sabah Rusiyanın paytaxtı Moskvaya gələcək”, - nəşrin Telegram kanalında bildirilib.

Suriya liderinin Rusiya paytaxtına rəsmi səfərlə gələcəyi dəqiqləşib.

Mövsüm,

AzNews.az