- Köhnə - Siyasət
- 1 Aprel 2018 19:52
- 3 320
MSK beynəlxalq müşahidəçilərin sayını müəyyənləşdirdi
Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərini müşahidə etmək üçün 603 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçib.
AzNews.az MSK-a istinadən xəbər verir ki, seçkiləri 52 beynəlxalq təşkilatın nümayəndələri müşahidə edəcək, Azərbaycana gələn beynəlxalq müşahidəçilər 54 ölkəni təmsil edirlər.
Dairə seçki komissiyalarında isə müşahidə aparmaq üçün 55 min 965 yerli müşahidəçi qeydiyyatdan keçib.