- Köhnə - Siyasət
- 2 Aprel 2018 17:24
- 3 380
Seçkilərdə 5641 seçki məntəqəsi fəaliyyət göstərəcək
Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində fəaliyyət göstərəcək seçki məntəqələrinin sayı məlum olub.
Mərkəzi Seçki Komissiyasından AzNews.az-a verilən məlumata görə, seçicilərin səs verməsi üçün 5426 daimi, 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək.
Ümumilikdə respublikada 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsi seçicilərin səs verməsi üçün açıq olacaq.