"Azadlıq" qəzetinə müsahibə verməyim üçün Əli Kərimli icazə verməlidir, budurmu demokratiya? "Azadlıq" qəzetinə müsahibə verməyim üçün Əli Kərimli icazə verməlidir, budurmu demokratiya?

Vidadi İsgəndərli Əli Kərimlini sərt şəkildə tənqid etdi

"Azadlıq" qəzetinə müsahibə verməyim üçün Əli Kərimli icazə verməlidir, budurmu demokratiya?



Məlum olduğu kimi hüquq müdafiəçisi Vidadi İsgəndərli prezidentliyə namizədliyini irəli sürdüyünü bəyan edib. V.İsgəndərli bildirib ki, bu il keçiriləcək prezident seçkilərində özünün namizədliyini müstəqil şəkildə elan edir və seçkilərdə iştirakda qərarlıdır.

O həmçinin "Namus" Xalq Hərəkatını elan edib. Hüquq müdafiəçisinin bu qərarı ictimaiyyətdə birmənalı qarşılanmayıb.

İnformasiya portalları, qəzetlər məsələylə bağlı Vidadi İskəndərlidən müsahibələr, açıqlamalar alıblar. Ancaq "Azadlıq" qəzeti bu məsələyə yer ayırmayıb. Vidadi İskəndərli bununla bağlı "facebook"un ən böyük qruplarına məlumat yerləşdirilib. O deyib ki, Əli Kərimli müsahibəyə icazə verməyib:

"Bü gün prezidentliyə namizədliyimlə bağlı bütün müstəqil KİV-lər məndən müsahibə aldı, balam kimi doğma "Azadlıq" qəzetindən başqa. Maraqlandım, dedilər, gərək Əli Kərimli icazə verə. Budurmu demokratiya? Bu gündən mənəvi balam olan "Azadlıq" qəzetini də sənə görə (Əli Kərimliyə) itirdim.

Qeyd edək ki, bu statusdan sonra müxtəlif profillərdən Vidadi İskəndərliyə hədələr, təhqirlər yağmağa başlayıb.

Onu da qeyd edək ki, müsavatçı gənclər və Müsavat rayon təşkilatlarının adıyla "facebook"a daxil olan şəxslər da Vidadi İskəndərlinin Əli Kərimliyə qarşı statusuna dəstək veriblər.

Buna sərt reaksiyanı isə qəzetin baş redaktoru Qənimət Zahid verib.

İfadələrində etik sərhədləri keçən Q.Zahid yazıb ki, ya Vidadi İsgəndərlinin profilini əlindən alıblar, ya da ağlını.

"Əgər profili əlindən alınıbsa, o halda oğurluqdu vəssalam. Əgər "Azadlıq" qəzeti haqqında "mənim mənəvi balam" ifadəsini işlədən Vidadi İsgəndərlinin kəndisidirsə, o zaman bu kobud səhvi aradan qaldırmaq onun mənəvi borcudur. Qurtarın bu meymunluğu hörmətli bəylər! Hərəniz gedib bir-iki il srok yatıb Allahlıq iddiasına düşmək kimi yaramaz xasiyyətlərinizə son qoyun. Özünüz ciddi adam ola bilmirsiniz, cəhənnəmə, başqalarına pis nümunə olmayın!"

AzNews.az