- Köhnə - Siyasət
- 19 İyun 2018 10:42
- 3 377
Oqtay Əsədov Çinə rəsmi səfər edəcək
Milli Məclisin sədri Oqtay Əsədov Çinə rəsmi səfər edəcək.
APA-nın xəbərinə görə, bu barədə yerli “Sinxua” agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, O. Əsədov Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Çjanşunun dəvəti ilə Pekinə gedir.
Səfər 19-23 iyun tarixlərində baş tutacaq.
Səfərin məqsədi və keçiriləcək görüşlər barədə hələ bir məlumat yoxdur.