"Heç bir ölkənin enerji sistemi baş verə biləcək qəzalardan tamamilə sığorta olunmayıb. Xüsusən ekstremal vəziyyətdə belə halların baş verməsi mümkündür". "Heç bir ölkənin enerji sistemi baş verə biləcək qəzalardan tamamilə sığorta olunmayıb. Xüsusən ekstremal vəziyyətdə belə halların baş verməsi mümkündür".

“Bu həmrəyliyin əsasında Azərbaycan Prezidentinə və onun fəaliyyətinə olan inam dayanır”

"Heç bir ölkənin enerji sistemi baş verə biləcək qəzalardan tamamilə sığorta olunmayıb. Xüsusən ekstremal vəziyyətdə belə halların baş verməsi mümkündür".

Bunu Trend-ə Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Millət vəkili xatırladıb ki, Mingəçevirdə "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı iyulun 4-də Prezident İlham Əliyevin yanında müşavirə keçirildi.

H.Babaoğlunun sözlərinə görə, Prezident müşavirədə çox ciddi tapşırıqlar verdi: "Ancaq hadisənin baş verməsi bir sıra məsələləri üzə çıxardı. Bəlli oldu ki, Azərbaycanda dayanıqlı enerjinin bərpası ilə bağlı həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də qonşu ölkələrlə enerji sektorunun inteqrasiya edilməsi idi. Qəzanın nəticələrinin tezliklə və qısa müddətdə aradan qaldırılması bir daha onu göstərdi ki, Azərbaycanda qonşu ölkələrlə enerji kommunikasiyaların inteqrasiya olunması vaxtında atılan strateji ve uzaqgörən bir addım idi. Bu məsələ ilə bağlı Prezident İlham Əliyev qonşu Rusiya və Gürcüstana öz təşəkkürünü bildirdi. Əlbəttə ki, dövlət başçısı məsələlərin baş vermə səbəblərinin araşdırılması ilə bağlı Dövlət Komissiyası yaratdı və bu komissiya heç şübhəsiz, yekun nəticələrlə bağlı həm Azərbaycan Respublikasının Prezidentini, həm də cəmiyyəti məlumatlandıracaq".

Son 15 il ərzində ölkəmizdə 2500 meqavat gücündə yeni elektrik stansiyalarının tikildiyini bildirən millət vəkili vurğulayıb ki, hazırda Azərbaycanın enerji potensialı 6400 meqavata bərabərdir ki, bu da çox ciddi bir rəqəmdir. Bu potensial, bu imkanlar nəinki istehlakçıların enerji tələbatını ödəməyə, eyni zamanda elektrik enerjisi ixracı üçün də şərait yaradır:

"Lakin çox təəssüf ki, enerji sektorunda çalışan bəzi şəxslərin yol verdiyi nöqsanlar nəticəsində yeni yaradılan və lokal enerji mənbələrinin fəaliyyətini koordinasiya etmək mümkün olmayıb. Beləliklə, sadəcə bir blokda baş verən qəza bütün ölkənin elektrik techizatına mənfi təsir göstərib".

H.Babaoğlunun sözlərinə görə, Prezident İlham Əliyev müşavirədə bu məsələyə də diqqət çəkərək bildirdi ki, bunun səbəbləri aydınlaşdırılımalıdır və bu vaxta qədər yol verilmiş nöqsanlar aradan qaldırılmalıdır ki, gələcəkdə bir daha Azərbaycanda bu cür qəzalar baş verməsin:

"Eneji sektoru mürəkkəb bir sektordur. Ayrı-ayrı enerji istehsal edən mənbələrin fəaliyyətinin koordinasiya olunması üçün də yeni planların və layihələrin hazırlanması bu gün akutaldır. Dövlət başçısı qeyd etdi ki, Bakıda, Sumqayıtda, Şirvanda, Astarada, Xaçmazda, Şəkidə və s. rayon və bölgələrdə elektrik stansiyaları yaradılıb. Amma bunların fəaliyyəti arasında görünür, koordinasiya düzgün müəyyənləşdirilmədiyinə görə Mingəçevirdəki İstilik Elektrik Stansiyasına alternativ ola biləcək və yaxud orada fəsad baş verən zaman ölkənin enerji böhranının qarşısını ala biləcək bu yardımçı təsərrüfatların istismarının düzgün təşkil olunmaması bu cür fəsadlara gətirib çıxarıb. Əslində, bu hadisə onu göstərdi ki, fövqəladə vəziyyətdə Azərbaycan xalqı soyuqqanlı davranmağı, mürəkkəb şəraitdə cəmiyyət üzvləri bir-birinə dəstək göstərməyi bacarır. Nümayiş etdirilən bu mövqe Azərbaycan vətəndaşlarının həmrəyliyininin bir nümunəsi idi. Prezident müşavirədə Azərbaycan cəmiyyətinin bu davranışlarını yüksək qiymətləndirərək qeyd etdi ki, Azərbaycan cəmiyyəti yetkin cəmiyyətdir və baş verənləri anlayışla qarşılamağı bacarır".

Millət vəkili vurğulayıb ki, doğurdan da bu gün sözün əsl mənasında Azərbaycanda vətəndaş həmrəyliyi var. H.Babaoğlu bildirib ki, bu həmrəyliyin əsasında da Azərbaycan Prezidentinə və onun fəaliyyətinə olan inam dayanır. Çünki Azərbaycan vətəndaşları bilir ki, ölkənin enerji təhlükəsizliyinin təmin olunması üçün uzun illərdir ardıcıl məqsədyönlü siyasət həyata kecirilir və bu siyasət Azərbaycanda dayanıqlı enerji təchizatını təmin edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bildi. Azərbaycanın bütün dövlət orqanları xüsusilə də Fövqəladə Hallar Nazirliyi, daxili işlər orqanları, Bakı Nəqliyyat Agentliyinin birgə və koordinasiyalı fəaliyyəti sayəsində həm ölkəmizdə birinci dərəcəli strateji obyektlərin qorunması, həm ictimai nəqliyyatın tənzimlənməsində heç bir problem yaşanmadı. Bu problem lokal səviyyədə qaldı və yaranmış qəzanın fəsadları ən qısa müddətdə aradan qaldırıldı. Bu da Azərbaycanda dövlət qurumlarının nə qədər effektiv və koordinasiyalı fəaliyyət göstərməsinin bir nümunəsidir:

"Bu bir növ həm də Azərbaycanda elektrik enerjisi sisteminin sınağı idi. Qəza nəticəsində mümkün və mövcud olan boşluqlar üzə çıxdı. Bunların aradan qaldırılması ilə bağlı dövlət başçısı müşavirədə qeyd etdi ki, bütün strateji obyektlər mobil elektrik generatorları ilə təmin edilsin ki, gələcəkdə belə hallar baş verərsə, birinci dərəcəli strateji obyektlərin mühafizəsi daima diqqət mərkəzində saxlanılsın. Eyni zamanda, ölkəmizin enerji təchizatı sistemi xarici auditorlar tərəfindən qiymətləndirilsin, problemlər həll edilsin. Bütün bunlar sübhəsiz ki, enerji süktorumuzun sağlamlaşdırılmasına xidmət edəcək və gələcəkdə bənzər problemlərin baş verə bilmə ehtimalının qarşısını alacaq".

AzNews.az