Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüsseldə keçirilən son görüşünü şərh edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüsseldə keçirilən son görüşünü şərh edib.

"Ermənistan bu günədək Qarabağla bağlı 4 qətnaməni icra etməyib" - Rusiya XİN sözçüsü

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüsseldə keçirilən son görüşünü şərh edib.

AzNews.az-ın məlumatına görə, Rusiya XİN-in sözçüsü ölkəsinin iştirakı olmadan keçirilən ikitərəfli görüşləri şərh etmədiklərini söyləyib:

"Lakin nəzərə alsaq ki, Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu mövzu ilə əlaqəsi var, ona görə də, hesab edirik ki, tərəflərin hər hansı konstruktiv təması bu münaqişənin həlli ilə bağlı əsas məqsədə çatmağa kömək etməlidir.

Bir daha qeyd etmək istəyirəm ki, görüşün yekunlarını, nə qədər məhsuldar, faydalı və perspektivli olduğunu görüşün iştirakçıları şərh etməlidirlər. Biz hər iki tərəfin münaqişənin nizamlanması istiqamətində atılan addım kimi və ya heç olmasa dialoqun davamı kimi qiymətləndirdiyi hər şeyi alqışlayırıq".

"İşğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb"-deyə Zaxarova vurğulayıb.