“Razılaşdırılmayan məsələlər elə də çox deyil, lakin bir neçə konkret məqam var ki, bunlar işlənməlidir” “Razılaşdırılmayan məsələlər elə də çox deyil, lakin bir neçə konkret məqam var ki, bunlar işlənməlidir”

Lavrov: “Ən mürəkkəb məsələlər hələ həllini tapmayıb”

“Razılaşdırılmayan məsələlər elə də çox deyil, lakin bir neçə konkret məqam var ki, bunlar işlənməlidir”

"Azərbaycan və Ermənistan prezidentləri Soçidə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dialoqu davam etdirməyə hazır olduqlarını ifadə ediblər. Rusiya Federasiyası həmsədrlərdən biri kimi bu məsələyə öz töhfəsini verəcək". APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.

Nazir görüşün faydalı olduğunu bildirib: "Prezidentlər həmsədr ölkələr tərəfindən təqdim olunmuş prinsiplərə sadiq olduqlarını bir daha təsdiq etdilər. Bu prinsiplərin əsasında məsələnin yalnız sülh yolu ilə həll olunması, ərazi bütövlüyünə və xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət dayanır".

S. Lavrov qeyd edib ki, prezidentlərin görüşündə ATƏT-in və təmas qrupunun qərarlarının həyata keçirilməsinin vacibliyi müzakirə olunub. Xarici işlər nazirlərinə tapşırılıb ki, bu işi məsələnin həllinin praktik aspektlərinin razılaşdırılması işi ilə paralel davam etdirsinlər.

S. Lavrovun sözlərinə görə, razılaşdırılmayan məsələlər elə də çox deyil, əksər razılaşmalar artıq əldə olunub, lakin bir neçə konkret məqam var ki, bunlar işlənməlidir: "Necə deyərlər, şeytan detallarda gizlənir və ən mürəkkəb məsələlər hələ həllini tapmayıb".

AzNews.az