“Hazırkı status-kvo dəyişməlidir” - Açıqlama

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Malena Mard Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilməsi planlaşdırılan görüşünün vacibliyini vurğulayıb.



AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu haqda Aİ-nin Azərbaycandakı nümayəndəsi Malena Mard jurnalistlərə bildirib:
"Hesab edirəm ki, Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə gözlənilən görüşü müsbət addımdır. Bu kimi yüksək səviyyəli görüşlərin keçirilməsi son dərəcə vacibdir. Bizim gözləntilərimiz hazırkı status-kvonun dəyişdirilməsi üçün irəliyə doğru addımların atılmasıdır", - deyə Malena Mard əlavə edib.