- Köhnə - Siyasət
- 6 İyun 2015 11:12
- 3 742
Yunanıstan səfirliyi iddialara cavab verdi: “Təkzib edirik”

Xəbər verildiyi kimi, Yunanıstanın Azərbaycandakı səfiri Dimitris Sunqas mayın 21-də bu ölkənin Xarici İşlər Nazirliyinə dezinformasiya xarakterli məlumatlar ötürüb və iddia edib ki, l Avropa Oyunlarının açılışında heç bir dövlət və hökumət başçısı iştirak etməyəcək.
Səfir öz iddiasını həm də Avropa İttifaqının Bakı ofisindən səfirliyə daxil olan və guya l Avropa Oyunlarının dünya liderləri tərəfindən "boykot" ediləcəyi haqqında məlumat ilə əsaslandırıb.
Yunanıstan Respublikasının Azərbaycandakı səfirliyi mediada böyük əks-səda doğuran bu olayla bağlı bəyanat yayıb.
AzNews.az xəbər verir ki, bəyanatda deyilir:
"Yunanıstan Respublikasının səfirliyi dünən yerli mətbuat tərəfindən yayımlanan və bir sıra kütləvi informasiya vasitələri tərəfindən yenidən dərc olunan görünməmiş hücum və əsassız iddialarla bağlı xoşagəlməz dərəcədə təəccüblü və artıq dərəcədə narahatdır.
Yunanıstan, Birinci Avropa Oyunlarının hazırlığının bir çox səviyyələrində dərindən iştirak edir və nəticə etibarı ilə onların uğurlarında çox maraqlıdır.
Beləliklə, səfirlik edilən iddialarla bağlı heç vaxt hər hansı bir hərəkət etməmiş və əsassız, saxta, pisniyyətli və yalnış məlumata əsaslanan müəllif adı qeyd olunmayan məqalənin bütün məzmununu bir daha qəti şəkildə təkzib və etiraz edir".