Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb. Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb.

Hərbçilərimiz vətənə döndü

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 21 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Silahlı Qüvvələrin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan Silahlı Qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparırlar. Azərbaycan Silahlı Qüvvələri tərkibində Azərbaycanın Sülhməramlı ordusu 1997-ci ildə yaranmış, sonradan Azərbaycan sülhməramlı bölməsi adı altında birləşib.

Əfqanıstanın təhlükəsizliyini təmin edən beynəlxalq qüvvələr strukturunda 90 azərbaycanlı sülhməramlısı xidmət edir. Bu hərbçilər şəhərində post-patrul xidmətini yerinə yetirirlər. İlk vaxtlar Əfqanıstandakı azərbaycanlı sülhməramlılarının sayı 22 nəfər idi. 4 yanvar, 2008-ci ildə daha 23 nəfər sülhməramlısı göndərildi.

Sentyabr ayında daha 45 azərbaycanlı əsgərı Əfqanıstana göndərilib.

Azərbaycan hərbçiləri iraqda BMT-nin Təhlükəsizlik şurası tərəfindən 2003-cü ildə qəbul edilmiş qərar əsasında xidmət edirdilər. Azərbaycan hərbçiləri 14 zabit,16 çavuş və 120-si əsgərdən ibarət idilər. Hərbçilər İraqın Əl-Xədifə şəhərində yerləşən SES-i mühafizə edirdilər.

Milli Məclisin 11 noyabr, 2008-ci il qərarı ilə 150 nəfərdən ibarət azərbaycanlı sülhməramlı hərbçilər İraqda öz vəzifələrini yerinə yetirərək vətənə döndülər. Azərbaycanda onları təntənəli sürətdə Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri, Azərbaycandakı ABŞ və İraqın səfirləri və yaxınları qarşıladılar.

İraqdakı sülhməramlı əməliyyatlarda 1 azərbaycanlı əsgər həlak olub.