"Minsk qrupunun fəaliyyəti hələ ki, səmərəsizdir" "Minsk qrupunun fəaliyyəti hələ ki, səmərəsizdir"

Mövlud Çavuşoğlu Minsk qrupunu tənqid etdi - EKSKLÜZİV

"Minsk qrupunun fəaliyyəti hələ ki, səmərəsizdir"



"Dialoq hər zaman vacib amildir və biz də münaqişələrin sülh və dialoq yolu ilə həllini dəstəkləyirik. Amma bu dialoqun da konkret nəticələri olmalıdır".

Bunu AzNews.az-a eksklüziv müsahibəsində Avropa Şurası Parlament Assambleyası (AŞPA) sədrinin xüsusi nümayəndəsi, təşkilatın sabiq sədri Mövlud Çavuşoğlu oktyabrın 27-də Parisdə keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə münasibət bildirərkən deyib.

AŞPA-nin xüsusi nümayəndəsi bildirib ki, bu cür görüşlərdə konkret nəticələr əldə olunmalıdır. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesində irəliləyişlərin əldə olunması vacib əhəmiyyət kəsb edir: "Uzun müddətdir ki, bu münaqişə davam edir. Amma çox təəssüf ki, hələ də Dağlıq Qarabağ münaqişəsi həllini tapmayıb. Bu, bizi də narahat edir və mövcud vəziyyətə təəssüflənirik".

ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunan M.Çavuşoğlu deyib: "Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti indiyədək nəticəsiz qalıb. Minsk qrupunun fəaliyyəti hələ ki, səmərəsizdir. Buna görə də Minsk qrupu fəaliyyətini nəzərdən keçirilməlidir".

Vasif Həsənli
AzNews.az