- Toplum
- 1 May 2019 18:09
- 14 697
Natavan Hacıyeva xərçəng imiş - Açıqlama

Mərhum diktor Natavan Hacıyevanın ölüm səbəbi bilinib
Diktorun qızı Cəmilə AzNews.az-a açıqlamasında Natavan Hacıyevanın ankoloji xəstəlikdən əziyyət çəkdiyini deyib:
“Anam bir saat əvvəl dünyasını dəyişib. Ankoloji xəstə idi. Iki ay əvvəl bildik ki, xərçəngdir. Anam özəl klinikaların birində analiz verdi. Xəstəxanadan bildirdilər ki, xəstəliyi dördüncü dərəcəlidir və kimyaterapeyanın faydası olmayacaq. Həm də mən istəmirdim ki, anam xəstəliyini bilsin, kimyaterapeya qəbul etsin, saçları tökülsün. Bir ay əvvəl vəziyyəti pisləşdi. Qaraciyəri metozdas vermişdi”.
Rəqsanə
AzNews.az