Sürücünün meyitini avtomobildən xilasetmə qüvvələri çıxarıb Sürücünün meyitini avtomobildən xilasetmə qüvvələri çıxarıb
  • Toplum
  • 12 İyun 2019 09:31
  •  1 583

Bakıda “BMW” ağaca çırpıldı - Bir nəfər öldü

Sürücünün meyitini avtomobildən xilasetmə qüvvələri çıxarıb

Bakıda “BMW” ağaca çırpılıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Səbail rayonunda “BMW” markalı minik avtomobili yol kənarındakı dirəyə çırpılıb.

Hadisə nəticəsində 1989-cu il təvəllüdlü Rəcəbov Əsədağa Nadir oğlu dünyasını dəyişib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri Əsədağa Rəcəbovun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az