Azərbaycanın müxtəlif ərazilərində yerləşən çimərlik və qeyri-çimərlik ərazilərdə boğulma hadisələri qeydə alınıb Azərbaycanın müxtəlif ərazilərində yerləşən çimərlik və qeyri-çimərlik ərazilərdə boğulma hadisələri qeydə alınıb
  • Toplum
  • 26 İyun 2019 23:34
  •  2 596

Çimərliklərdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib

Azərbaycanın müxtəlif ərazilərində yerləşən çimərlik və qeyri-çimərlik ərazilərdə boğulma hadisələri qeydə alınıb

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Aznews.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Corat, Zuğulba-3, Qızılqum və Mingəçevir sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib.