Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib
  • Toplum
  • 18 İyul 2019 00:53
  •  2 085

Bakıda 7 yaşlı uşağı avtomobil vurdu

Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Hadisə Ağa Nemətulla küçəsində qeydə alınıb.

Belə ki, 2012-cü il təvəllüdlü Əliəkbər Səidi yolu keçmək istəyərkən onu Pərviz Teymurovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil vurub. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb, fakt araşdırılır. (APA)