"Matrix Group" şirkəti haqqında da ibtidai istintaq başladılmalıdır"

"Bu adam hətta Türkiyə Cümhuriyyətinə bir də erməni köçü ilə bağlı təzminat iddiası qaldıra bilər"

"Ən maraqlısı odur ki, bu səltənətin sahibləri bu pulların babalarından qaldığını söyləyirlər".

Versus.Az xəbər verir ki, bu sözləri mətbuatda keçmiş MTN naziri Eldar Mahmudovun övladları tərəfindən Londonda bir sıra dəbdəbəli mülklərin alınması ilə bağlı yayılan xəbərlərə münasibət bildirən iş adamı Mürvət Həsənov deyib.

M.Həsənli hesab edir ki, DTX və MASAK birlikdə İstanbulda Ataşəhərdə yerləşən "Matrix Group" şirkətinin də əmlaklarının mənbəyi haqqında ibtidai istintaq başlatmalıdır: "Əlbəttə, bu həya-abır ki, bu tüllabdadır yəqin deyəcək ki, "dəyəri sıfır qəpik olan bu Azərbaycan neft sektoruna əlli milyona bətdədiyim bu saxta boruları, kranları, siyirtmələri mənə nənəm sandığında saxlamışdı, Türkiyədəki bu səltənət də sevgilimin əcdadları ermənilər 1915-ci ildə Türkiyədən köçəndə saxlayıblar". Düşünürəm ki, bu adam hətta Türkiyə Cümhuriyyətinə bir də erməni köçü ilə bağlı təzminat iddiası qaldıra bilər".

Qeyd edək ki, "Guardian” qəzetinin apardığı araşdırmaya görə, keçmiş MTN naziri Eldar Mahmudovun övladları tərəfindən Londonda bir sıra dəbdəbəli mülklərin alındığı ortaya çıxıb. Bunlardan biri də Londonun məşhur "Harrods” mağazasının yaxınında yerləşən 17 milyon funt sterlinq dəyərində (təxminən 35 milyon 700 min manat ) 4 mərtəbəli malikanədir.

"Cayman National Bank (Isle of Man) Ltd (CNBIOM)” şirkətindən 2019-cu ilin noyabr ayında ələ keçirilən və sonradan onlayn olaraq yayımlanan müştəri sənədlərinin keş fayllarına əsasən, Mahmudovun ailəsinin təxminən 100 milyon avroya yaxın bir biznes və əmlak imperatorluğu qurduğu məlum olub. Onun aktivlərinin demək olar ki, hamısı 36 yaşlı oğlu Anar və 31 yaşlı qızı Nərgiz Mahmudova ilə əlaqəli şirkətlər hesabına əldə edilib.

Anar və Nərgiz Mahmudovun vəkilləri ailənin sərvətinin 19-cu əsrdə milyoner olmuş Aslan Aşurovdan miras qaldığını bildirib. Həmçinin övladların əmlaklarının hamısının lazımi qaydada qeydiyyata alınaraq hesablandıqlarını və Anar Mahmudovun öz işində uğurlu bir biznesmen olduğunu bildiriblər.

Qeyd olunub ki, sızdırılmış sənədlərdə Anarın sərvətinin xalası, Bakıda neft və tikinti şirkəti qurmuş Elmira Mahmudovadan əldə olunduğunu izah edən bir məktub da aşkarlanıb.

Eyni zamanda araşdırmada müəyyən edilib ki, Mahmudovlar Malyorka, Lüksemburq və Litvada da mülk və şirkətlərə sahibdirlər. (Versus.Az)

AzNews.az