Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb
  • Toplum
  • 23 Aprel 2021 16:57
  •  3 349

Bu gün 15 minə yaxın şəxs vaksin vurdurub

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb

Bu gün Azərbaycanda koronavirus əleyhinə 14 min 424 vaksin vurulub.

AzNews.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 8 min 199, ikinci mərhələ üzrə 6 min 225 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 396 min 391, birinci mərhələ üzrə vaksin olunanların sayı 926 min 76, ikinci mərhələ üzrə isə 470 min 315 təşkil edir.