• Toplum
  • 23 İyul 15:27
  •  4 700

"Patı" çəkən qadın körpəsi ilə birgə sığınacaqda - YENİLƏNİB

Sosial şəbəkələrdə metronun "Nizami" stansiyasının yaxınlığında “patı” çəkən qadın və onun yanında körpəsi olduğu iddia edilən görüntülər yayılıb

Nizami" metrostansiyasının yaxınlığında videosu yayılan ana və körpəsi sığınacağa yerləşdirilib.

Bu barədə Lent.az-a məlumat verən "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın köməkçisi bildirib ki, sözügedən videoda yer alan qadın əvvəllər gəlincik ilə gəzib:

“Ona görə də elə biliblər ki, videodakı uşaq gəlincikdir. Ancaq məlum olub ki, körpədir. Hazırda ana və körpəsi sığınacaqdadır. Dövlət qurumları ilə birgə məsələni araşdırıb sizlərə məlumat verəcəyik”.

10:52

Daxili İşlər Nazirliyinin (DİN) Məbuat xidmətindən bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırmalara aparılıb.

"Məlum olub ki, həmin qadının yanındakı uşaq yox, gəlincikdir”, - DİN-dən bildirilib. (report)