İnsan Hüququları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi mayın 19-da "Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır" layihəsi üzrə Zaqatalada növbəti tədbirini keçirib İnsan Hüququları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi mayın 19-da "Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır" layihəsi üzrə Zaqatalada növbəti tədbirini keçirib
  • Toplum
  • 25 May 2022 13:41
  •  5 318

Ailə institutunu necə qoruyaq?

İnsan Hüququları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi mayın 19-da "Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır" layihəsi üzrə Zaqatalada növbəti tədbirini keçirib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə dəyirmi masa formatında baş tutub.

AzNews.az xəbər verir ki, tədbirdə gənc nəslə milli -mənəvi, əxlaqi dəyərlərin qorunmasının önəmi, ailə dəyərlərinin qorunmasının sağlam cəmiyyət quruculuğundakı rolu haqqında bilgi verilib.


Dəyirmi masada əhali qrupu ilə yanaşı Zaqatala Rayon İcra Hakimiyyətinin, yerli bələdiyyələrin, bölgədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, medianın təmsilçiləri iştirak edib.

Insan Hüququları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin təmsilçisi Nabat Qəniyeva çıxışında son bir neçə ildə Azərbaycanda boşanmaların sayının çox yüksək həddə çatmasından narahatlığını ifadə edib və layihənin əsas məqsədinin gənclər arasında bu mənfi tendensiyanın qarşısının alınması üçün təbliğatı gücləndirmək olduğunu bildirib: “Ailə dövlətin təməlidir və bizim hər birimiz bu institutun qorunması üçün çalışmalıyıq. Azərbaycan insanı övladına xoşbəxtlik arzulayarkən təhsildən də öncə onun möhkəm ailə sahibi olmasını diləyir və uzun illər buna hazırlıq görür. Ancaq əsas məsuliyyət sözsüz ki, gənclərin öz üzərinə düşür. Çağdaş dünyanın tələbləri çox zaman gənclərin baxışlarında arzuolunmaz dəyişikliklər yaradır, bəziləri ailənin imkanlarında xaric tələblər irəli sürməyə başlayır, eyni zamanda özünü şəxsiyyət kimi təsdiq etmək istəyən xanımlara ailələri tərəfindən basqı göstərilir, onların seçim imkanı məhdudlaşdırılır, ya da ərləri onların qərarvermədə iştirakına inkan vermir və bu ailələrin dağılmasına gətirib çıxarır. Övladların varlığı bu durumda xüsusi həssas məqamlar yaradır. Belə yarımçıq ailələrdə böyüyən uşaqlar kompleksli olur və cəmiyyətdə problemlər zənciri yaranır. Psixoloqlar da dəfələrlə sübut ediblər ki, sağlam ailədə böyüyən insanlar daha sağlam psixoloji duruma sahib olurlar”.

Dəyirmi masada iştirak edənlərin bir çoxunun ortaq fikri bu olub ki, ailə 2 nəfər arasında qurulsa da, onun problemləri bütün cəmiyyətə aid olur və buna görə də ailə institutunun qorunmasında hər kəs maraqlı olmalıdır.

image description image description