- Dünyanın halı
- 2 Noyabr 2018 16:04
- 2 378
Qazaxıstan Ermənistana ərzaq məhsulları göndərəcək?

Bu haqda anlaşma bu gün Astana şəhərində əldə edilib
Qazaxıstan Ermənistana metal və ərzaq məhsulları göndərmək niyyətinə düşüb.
AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, bu haqda anlaşma bu gün Astanada Qazaxıstanın baş naziri Bakıtjan Saqintayevlə Ermənistan baş nazirinin 1-ci müavini Ararat Mirzoyan arasında keçirilən görüş zamanı əldə edilib.
Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın perspektivliyi müzakirə olunub.
Qeyd edilib ki, bu ilin 8 ayı ərzində Qazaxıstanla Ermənistan arasında ticarət dövriyyəsi 8.2 milyon dollar təşkil edib.
Babək Göyüş
AzNews.az