Sudan çıxarılan 18 aylıq oğlan uşağı olub Sudan çıxarılan 18 aylıq oğlan uşağı olub

Balıqçı okeandan oyuncaq tutdu və gördüyündən şoka düşdü

Sudan çıxarılan 18 aylıq oğlan uşağı olub

Yeni Zelandiyada Qas Hatt adlı yaşlı bir balıqçı Matat çimərliyində balıq tutan zaman okeanda oyuncaq görüb və onu çıxartmaq qərarına gəlib. Balıqçı əlini çıxartdığı oyuncağa vuranda gördüyündən şoka düşüb. Bu, azyaşlı uşaq imiş.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı The Sun nəşri yayıb.

Məlumata görə, sudan çıxarılan 18 aylıq oğlan uşağı olub. O, valideynlərinin olduğu palatkadan qaçıbmış.

Balıqçı "ovu" haqda düşərgənin rəhbərliyinə məlumat verib. Həyat yoldaşı Syu isə uşağın valideynlərini axtarmağa gedib.

Uşağın anası Cessika Uayt həmin vaxt palatkada yatıbmış. Əvvəl o, deyilənləri zarafat kimi qəbul edib, sonra həyəcan içində uşağına doğru qaçıb. Həkimlərin gəlişinədək ana körpəsini yatmağa qoymayıb.

O, balıqçı Qasa dərin minnətdarlığını bildirib.

Babək Göyüş

AzNews.az

image description