İsrailin sabiq energetika və infrastruktur naziri Qonen Segev 11 il müddətinə həbs edilib. İsrailin sabiq energetika və infrastruktur naziri Qonen Segev 11 il müddətinə həbs edilib.

İsraildə keçmiş nazirə 11 il iş kəsildi

İsrailin sabiq energetika və infrastruktur naziri Qonen Segev 11 il müddətinə həbs edilib.

O, İran kəşfiyyatı üçün casusluq etməkdə təqsirli bilinib.

Qeyd olunur ki, Q.Segev 2012-ci ildə Nigeriyaya səfəri zamanı İran səfirliyində xüsusi xidmət əməkdaşlarına məlumatlar ötürüb. Q.Seqev, həmçinin iranlı vasitəçilərə şifrələnmiş məlumatların ötürülməsində, onlarla dünyanın müxtəlif ölkələrində görüşməkdə ittiham olunub.

Qonen Segev 1992-1996-cı illər İsrail parlamentinin deputatı, 1995-1996-cı illərdə energetika və infrastruktur naziri olub.(trend.az)

© AzNews.az