Qarşı-qarşıya olduğumuz əsl düşmən İrandır - Netanyahu

"Bəlkə Qəzzada başını qaldıra biləcəyini düşünən biriləri vardır".

İsrailin baş naziri Binyamin Netanyahu ölkəsinin əsl düşməninin İran olduğunu deyib.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir Netanyahu ölkənin cənubundakı İsrail ordusuna aid "Shizafon" hərbi bazasındakı tədqiqatdan sonra Suriya və Qəzzada yaşanan son hadisələrlə bağlı danışıb.
İranın "nüvə silahı ilə İsraili yox etmək" məqsədi daşıdığını iddia edən Netanyahu, ölkəsinin bunun qarşısını almaqda qərarlı olduğunu bildirib.
Netanyahu İranın Livanda Hizbullah vasitəsilə Suriyada yeni bir hərbi baza yaratmaq istədiyini deyib:
"Bunların hamısı ilə savaşmaqda qərarlıyıq. Suriyada İran ordusunu vururuq. Suriyadakı İran ordusu ilə sadəcə bizim ordumuz savaşır. Qarşı-qarşıya olduğumuz əsl düşmən İrandır".
Netanyahu çıxışı zamanı Qəzzada baş verən son hadisələrdən də danışıb:
"Bəlkə Qəzzada başını qaldıra biləcəyini düşünən biriləri vardır. Cavabın ölümcül və ağrılı olacağını nəzərə almaqlarını məsləhət görürəm".