Bu, bütün planetin gələcəyi üçün vacibdir. Bu, bütün planetin gələcəyi üçün vacibdir.

Yeni Zelandiyanın baş naziri dünya liderlərinə çağırış etdi

Bu, bütün planetin gələcəyi üçün vacibdir.

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern dünya liderlərini qlobal iqlim dəyişmələri ilə mübarizədə qətiyyətli fəaliyyətə çağırıb.

“New Zealand Herald” nəşri xəbər verir ki, bu barədə o Davosda keçirilən Dünya iqtisadi Forumunda çıxışı zamanı bəyan edib.

Baş nazirin sözlərinin sitat gətirən nəşr yazır: “Dünya liderləri bu istiqamətdə dayanmadan fəaliyyət göstərməlidirlər, çünki bu, bir siyasi dövr üçün deyil, bütün planetin gələcəyi üçün vacibdir. Bu gün biz müəyyən gücə, biliyə malik olduğumuz bir zamanda təbiətlə harmoniyada yaşamalıyıq. Lazımi tədbirlərin görülməməsi sadəcə yolverilməzdir”.

C.Ardern, həmçinin deyib ki, onun hökuməti ölkənin ətraf mühitinin qorunması üzərində nəzarəti gücləndirmək niyyətindədir və yaxın zamanlarda ənənəvi iqtisadi inkişafın ölçülməsi üsullarından və “rifah halı büdcəsindən” imtina edərək, dövlətin ekosisiteminin vəziyyətinin əsas götürüldüyü inkişaf səviyyəsinin qiymətləndirilməsi üsuluna keçmək niyyətindədir.(AZƏRTAC)

© AzNews.az