Putin liberal ideyanı nə vaxt dəfn edəcək?

Nəyə görə, Yaponiyanın Osaka sammiti ərəfəsində Britaniyanın gündəlik qəzetində işıq üzü görən bu müsahibə onluğa düşdü?

Rusiya Prezidenti Vladimir Putin liberal ideyanı köhnəlmiş elan edib. Lakin o, əvəzində nəsə təklif etmək iqtidarında deyil. Bunu Fransanın "Le Monde" nəşrinin icmalçısı Silvie Kaufmann yazır.

Bu bəyanat Qərbi şoka saldı. Rusiya liderinin sözləri birbaşa onluğa düşüb, çünki liberal ideyanın kommunizm üzərində qalib gəlməsindən otuz il sonra Qərb demokratiyası özünü zəif hiss edir.

AzNews.az inosmi.ru-ya istinadən xəbər verir ki, 2012-ci ildə Rusiya prezidenti kimi üçüncü müddətə seçilmək ərəfəsində baş nazir postundakı fasilədən sonra Vladimir Putin Novo-Oqarevoda öz bağ evində Qərb nəşrlərindən altı jurnalisti qəbul etdi, onların arasında Fransanın "Le Monde" qəzetinin nümayəndəsi də vardı.

Bu görüş zamanı ondan soruşdular ki, nə üçün sona yaxınlaşan seçki kampaniyası zamanı o, sistematik olaraq digər namizədlərlə televiziya debatından imtina edirdi. Putin bu suala ürəkdən təəccübləndi. "Niyə onlarla müzakirə aparmalıyam? Onların proqramlarını bilirəm! - O, mövzunu tam olaraq bir cümlə ilə bağladı - Məsələ müzakirələrdə deyil, nəticədədir".

Nə debatların intellektual dəyərini, nə də siyasi ideyaların mübarizəsini başa düşməyən nəhəng ölkənin liderinin fikri belədir. O hesab edir ki, yalnız iyirmi il ərzində malik olduğu hakimiyyət vacibdir. Müzakirələr demokratiyada əsas əhəmiyyət kəsb edir; onlar vətəndaşlara öz seçimlərini etməyə kömək edirlər. Rusiya prezidenti, görünür, müntəzəm səs verən soydaşlarında faydalı bir şey görmür.

Putin bu ideyaların məcrasında "Faynenşl Tayms"a müsahibəsində bildirib ki, "liberal ideya özünü məhv edib". Qərbdə bu bəyanata şok oldular. Nəyə görə, Yaponiyanın Osaka (G20) sammiti ərəfəsində Britaniyanın gündəlik qəzetində işıq üzü görən bu müsahibə onluğa düşdü?

Bu müsahibədə Vladimir Putin 1991-ci ildə SSRİ-nin süqutundan sonra Rusiyanın yenidən özünün böyüklüyünü qazandığını düşünür. Müsahibə boyu anlayırıq ki, onun gözündə yeni əldə edilmiş bu böyüklüyün nəticəsi "liberal ideya”nın iflasa uğramasıdır. Onun fikrincə, liberal ideya" özünü məhv edib", çünki multikulturalizmi təşviq etməklə, miqrantlar üçün sərhədləri açmaqla və bir çox cinsləri — "adlarını heç təkrarlaya bilmirəm, mən bunun nə olduğunu bilmirəm" — deyə bu ideya əhalinin böyük əksəriyyətinin maraqlarına zidd addım kimi atılıb".

Ertəsi gün isə "Faynenşl Tayms” liberalizmin köhnəlməsini təkzib etdi — çünki o, Putinə Ukrayna və ya korrupsiya ilə bağlı suallar vermədiyinə görə tənqid atəşinə tutulmuşdu. Osaka sammitindən sonra Avropa Şurasının prezidenti Donald Tusk mütəmadi olaraq liberal ideyanın iflasını Tvitterdə inkar edir. Britaniya hökumətinin başçısı vəzifəsini icra edən Tereza Mey var gücü ilə bu dəfə Boris Consonun dəstəyi ilə etiraz edir. Emmanuel Makrona gəldikdə isə, o, Vladimir Putinə "danışıqların lap əvvəlində" bu fikirlə "qəti şəkildə razılaşmadığını" bəyan etdiyini söyləyir. "Liberal demokratiyanın mahiyyəti olan fərdi azadlıqların aliliyi ilə bağlı heç nə yoxdur", — deyə Fransa prezidenti bildirib.

Doğrudur, burada bir aydın məqam var: "Biz müasir kapitalizmin böhranı ilə eyni zamanda demokratik sistem böhranının mövcud olduğunu qeyd etməyə bilmərik".

Putinin verdiyi müsahibənin məqsədi budur. Çünki o, liberal kommunizm ideyasının qələbəsindən otuz il sonra Qərb demokratiyalarının özünü zəif hiss etdiyi bir vaxtda baş verdi; çünki bu, həmin demokratiyaların ən böyük Prezidenti Donald Trampın daimi kampaniyası ilə üst-üstə düşür, çünki cənab Putin onu bağışlamalıdır. Bu, Aİ üçün bir təxribat kimi səslənir və bu gün Avropada olduqca sağçı mövqeyində duranlara məsləhət verən Trampın ideoloqu Stiv Bannon, nə də "qeyri-liberal" demokratiya deyənlər bu sözləri inkar etməyə qərar verdi.

Amma Demokratlar özlərini ələ alsınlar! Putinin fikirlərində böyük bir boşluq var. Bəs onun öz "böyük ideya"sı hara getdi? O, "liberal ideya"ya bir alternativ təklif edirmi?

Varisi haqqında zarafatla danışarkən o, vəd edir ki, bu və ya digər partiyanın baş naziri seçilməsinə hazırlaşan Birləşmiş Krallıqdan fərqli olaraq, onun varisi gizli, ümumi və birbaşa səsvermə yolu ilə seçiləcək: "Biz demokratik ölkəyik",- deyə o, təbəssümlə bildirir. Bu, onun tək qeydidir.

Əslində, Vladimir Putinin modeli burada liberal demokratiyanı inkar etmək kimi müəyyən edilir: o, irticaçıdır. Onun məsləhətçisi Vladislav Surkovun fevral ayında nəşr olunan məqaləsi putinizmin daha ətraflı tərifini təklif edir, lakin biz başa düşürük ki, Rusiya Prezidenti onun "Faynenşl Tayms"in şərhindən imtina edib, axı bu modeli kənara tullayırlar. Surkova görə, onlar ali hökmdarın güvəndiyi düşünən insanlar olmalıdır:

“Qərb modeli inamsızlığı və tənqidi təbliğ edir, o, həmçinin əvəzedilməz və həlledici hərbi və polis hakimiyyətə söykənir”.

Surkov hesab edir ki, bu ideologiya artıq Qərb siyasətçilərinin beynində kök salıb. Ola bilər.

Lakin liberal ideya heç vaxt öz qarşısında xalqların şüuruna sahib olmaq və orada inkişaf etmək planını qoymayıb. O, həmişə təkmilləşdirilib. Putin və onun müşaviri izah etmir ki, nə üçün onların vətəndaşları ayaqları ilə səs verəndə bunu əsasən eyni istiqamətdə, yəni Rusiyadan qərbə doğru edirlər, əksinə etmirlər. Əgər hazırda hər hansı bir ölkə alternativ modelə iddia edə bilirsə, bu, Rusiya deyil, texnoloji innovasiyalar sahəsində rəqabət aparmağın mümkünlüyünü nümayiş etdirən Çindir. Keçmişin ənənələrinə görə nostalji yox, liberal ideyanın əsl çağırışı da məhz bundan ibarətdir.

Babək Göyüş

AzNews.az